İki yük maşını toqquşdu, sürücü xilas edildi - Video

Hadisə / Video
16, mar, 2024 11:24

Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində iki yük maşını toqquşub.
Yol-qəza hadisəsi zamanı “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1966-cı il təvəllüdlü Zeynalov Əfqan Böyükkişi oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Aftv.az

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00