Ağdərədə ciddi yol-nəqliyyat hadisəsi – xeyli sayda yaralı

Hadisə
28, iyn, 2026 13:35

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aftv.az APA-ya istinadən bildirir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilirlər.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir.

Son xəbərlər