Ağdamda qəza: Xəsarət alanlar var

Hadisə
26, iyn, 2026 20:00

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aftv.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Belə ki, iki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00