Zaqatalada maşın təmiri sexində yanğın olub - VİDEO

Hadisə / Video
10, fev, 2024 16:18

Zaqatalada maşın təmiri sexində yanğın olub.
APA xəbər verir ki, yanğın bu gün Yuxarı Tala kəndində Hacımuca Aslan oğlu Aslanova məxsus təmiri sexində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexə təmir üçün gətirilmiş VAZ-21011 markalı avtomobil və sexin tavanının bir hissəsi yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.


(aftv.az)

Son xəbərlər