Bakıda binada güclü yanğın başlayıb - Video

Hadisə / Video
25, dek, 2024 18:31

Bakı şəhər Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb.
Binanın orta mərtəbəsində yerləşən mənzillərin birində alovla müşahidə edilən yanğın hazırda davam edir.
Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
***
FHN-dən bildirilib ki, nazirliyin 112 “qaynar xətt”inə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsindəki binada yanğın səbəbindən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Aftv.az 

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30