Nəsimi rayon ərazisində qoyduğu maşın illər sonra yoxa çıxdı – MTK nəqliyyatı harda gizlədir?

Hadisə
3, fev, 2024 18:23

Yəhyayev Fariz Fazil oğlu Bakunews.az-a müraciət edib. O qeyd edir ki, İllər əvvəl törətmədiyi bir məsələ ilə bağlı barəsində qətiimkan tədbiri seçilib. Çarəsiz durumda qalaraq özünü müdafiə etmək üçün olan imkanları məhdudlaşdığından həbs edilərək 5 il 6 ay cəza kəsilərək həbsxanaya göndərilib. Məsələ həbsin nədən niyə olmasındada deyil. 


Müraciətində bildirir ki, mən həbs edilməmişdən öncə Nəsimi rayon ərazisində “Globus” adlanan mağazanın arxasında Hüseynbala Əliyev küçəsində yaşayış binasının qarşısında Mersedes markalı 90-NU-275 dövlət qeydiyyat nişanlı nəqliyyatımı saxlamışdım. İllər sonra həbsdən azad olub gəldikdə isə nəqliyyatı saxladığım ünvanda yeni yaşayış binasının inşa edildiyin gördüm. Lakin nəqliyyatı gördüm deyən olmadı. Hazırda həımin yeni tikilinin səlahiyyətli şəxslərindən nə qədər soraq etsəmdə maşınımı gördüm deyən yoxdur. Necə ola bilər ki Mersedes Bens şəhərin mərkəz hissələrindən sayılıan insanların gur hərəkəti olan ərazidən yoxa çıxır və heç kəs bu nəqliyyatın hara necə itməsindən xəbərsiz olur. Yeni tikilən binanın MTK sahibinin maraqlarına zidd bir yerdə durduğunu bilirəm. lakin mənim nəqliyyatımın tapılmasında dövlət qurumlarından media vasitəsi ilə köməklik istəyirəm. Fariz Yəhyayev müraciət edərkən Nəsimi rayon 19-cu polis şöbəsinə şikayətdə ünvanlayıb lakin bir müddətdir nəqliyyatdan heç bir xəbər yoxdur.

Son xəbərlər