Rəşad Sadıqov avtomobil qəzasına düşüb

Hadisə
25, okt, 2024 13:33

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" (0:3) oyununu izləməyə gedən Rəşad Sadıqov matç başa çatdıqdan sonra stadion ərazisini tərk edərkən avtomobil qəzası keçirib.
Oxu.Az xəbər verir ki, qəza zamanı R.Sadıqovun "Range Rover" markalı avtomobilinə maddi ziyan dəyib.
"Zirə" klubundan Oxu.Az-a verilən məlumata görə, hadisə zamanı Rəşad Sadıqov heç bir xəsarət almayıb.
Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb:
"Rəşad Sadıqovun vəziyyəti yaxşıdır və hansısa ciddi bir xəsarəti yoxdur".


Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30