Bakı-Sumqayıt yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA – 1 ölü 20 yaralı var VİDEO

Hadisə
2, avq, 2024 15:08

Bakı-Sumqayıt yolunda toqquşan avtobusların sürücülərinin adları məlum olub.
Bu barədə Musavat.com-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Məlumata örə 20 nəfər yaralıdır. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


Aftv.az

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00