Tanınmış aşpaz həbs olundu

Hadisə
20, iyn, 2024 14:16

“Savon-K” şirkətinin aşpazı Kərim Normatov Moskvada həbs edilib.
Rus mediası xəbər verir ki, O, Rusiya Federasiyasında qeyri-qanuni olub, Savon-K ərazisindəki kazarmada yaşayırmış. Hazırladığı lobyadan 200-dən çox adam zəhərləndikdən və cinayət işi açıldıqdan sonra Kərim Rusiyadan qaçmağa cəhd edib və Jukovski hava limanında saxlanılıb.
İndi onu altı il həbs gözləyir. Bu arada Rospotrebnadzor bildirir ki, Moskvada epidemioloji araşdırma zamanı 60 tondan çox vaxtı keçmiş məhsul götürülüb.
Aftv.az

Son xəbərlər