Bakıda qəza - Avtomobil mağazaya girdi / VİDEO

Hadisə / Video
17, may, 2024 15:04

Nərimanov rayonu Ağa Nemətulla küçəsində yol nəqliyyat hadisəsi baş verib.
Aftv.az Yenisabah.az-a istinadən xəbər verir ki, qəza zamanı “Kia Rio” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında yerləşən “World Telecom” mağazasının içərisinə girib. Hadisə nəticəsində sürücü xəsarət alıb, mağazanın ön hissəsi və avtomobil tamamilə sıradan çıxıb.
Hadisə şahidləri nəqliyyat vasitəsinin sürətlə hərəkət etdiyini bildiriblər.
Hadisə yerindən görüntüləri təqdim edirik:

Son xəbərlər