Hacıqabulda vəzifəli şəxsin qəzada ölməsi barədə AÇIQLAMA

Hadisə
17, may, 2024 14:57

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.
Nəticədə avtomobildə olan Şirvan sakinləri - 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov və 1994-cü il təvəllüdlü İlqar Elşən oğlu Cəfərov xəstəxanaya yerləşdiriliblər.
Ramil Əsgərov bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.
Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30