Kürdə batan ata və qızın axtarışlarına dalğıc-xilasedicilər cəlb olunublar

Hadisə
13, apr, 2024 16:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Aftv.az

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00