Novxanıda qəzada xilas edilən sürücü xəstəxanada ölüb - VİDEO

Hadisə / Video
9, apr, 2024 21:00

Novxanıda avtomobillər toqquşub, xəsarət alanlar var.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, KIA markalı minik avtomobili ilə “Hyundai” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və KIA markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Mübariz Nizami oğlu Allahverdiyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Aftv.az

Son xəbərlər

İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30