Xocavənddəki qəzada xəsarət alanlardan bəzilərinin kimliyi məlum oldu - VİDEO

Hadisə / Video
3, apr, 2024 10:24

“Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan doqquz nəfərdən beşi Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.
Bunu APA-ya açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov deyib.
Bildirib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır.
“Axşam saatlarında beş nəfər vətəndaşımız Xocavənd rayonu ərazisində baş verən qəzadan sonra xəstəxanamıza müraciət edib. Bərdə Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə daxil olarkən xəstələrin hər birinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilib. Hər bir xəstə üzərində ilkin cərrahi işləmələri icra olunub. Müayinələr davam etdirilir. Beşinində vəziyyəti orta-ağırdır. Həyatı təhlükələri yoxdur”, - Məmmədov qeyd edib.

Aftv.az

Son xəbərlər