Moskvanın Oçakovo-Matveyevskoe rayonunda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyati ictimai təşkilatının sədr müavini Raqub Bayramov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Yenixeber.org: Bu barədə Moskvadakı diaspor nümayəndələrimiz məlumat yayıb.
Xəbərə görə, Raqub Bayramov Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin keçmi sədri Ağadadaş Kərimovun şikayəti əsasında məhkəmə qarşısına çıxarılıb.
Buna onların arasındakı köhnə ədavətin səbəb olduğu bildirilir. Qeyd olunur ki, vaxtilə Ağadadaş Kərimov yaxın ətrafı ilə birlikdə Moskvada Nar bayramı təşkil edib. Lakin Rusiya paytaxtındakı əksər diaspor üzvləri, o cümlədən jurnalist Fuad Abbasov və Raqub Bayramov qrantla maliyyələşdirilən həmin tədbirə dəvət olunmayıblar. Diaspor təmsilçilərinin bildirdiyinə görə, Ağadadaş Kərimovun məqsədi tədbiri dar çərçivədə keçirərək ayrılan maliyyəni mənimsəmək olub. Tədbirə dəvət olunmayan vənarazı qalan diaspor nümayəndələri Ağadadaş Kərimovun ofisinə gedərək, hadisəni aydınlaşdırmağa cəhd ediblər. Bu zaman mübahisə yaranıb və dava düşüb. Ağadadaş Kərimov hadisə yerinə polis əməkdaşlarını çağırıb. Araşdırmalardan sonra xuliqanlıqda günahlandırılan Raqub Bayramov və Roman adlı azərbaycanlıya məhkəmədə şərti cəza verib. Roman bu hadisədən sonra Azərbaycana qayıtsa da, Raqub Bayramov Moskvada qalaraq, fəaliyyətini davam etdirib.
"Ağadadaş onun burada qalmağından istifadə edərək, yenidən məhkəmədə iddia qaldırdı. Diaspor TV-nın baş redaktoru Ramiz Mikayılov məhkəmədən video hazırlamışdı. O video diaspor nümayəndələrinin ümumi qrupuna göndərilmişdi. Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənovun müavini Həşim Əliyev həmin videonu Ağadadaş Kərimova göndərib. O da təzyiq edərək, həmin videonu sildirdi. Raqub Bayramova da 4 il iş verdilər".
Qeyd edək ki, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin keçmiş sədri Ağadadaş Kərimov sonuncu dəfə qızını erməni biznesmenə ərə verməsi ilə gündəmə gəlmişdi. O, mətbuata açıqlamasında bunu etiraf etmiş, həyat yoldaşının da erməni olduğunu bildirmişdi:
"Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”.
Zaur, (BakuPost)
Aftv.az
Qızını erməniyə ərə verən Ağadadaş Kərimov diaspor rəhbərini tutdurdu - FOTO
Gündəm
15, mar, 2024
16:46
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30