Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artır. Bu məsələ artıq pasiyentlərdən çox peşəkar həkimlərin özünü narahat edir.
Belə ki, Tibb Universitetini bitirdikdən sonra illərlə başqa ixtisasda çalışsaların bəziləri sonradan dəbdə olan əməliyyat və prosedurları icra etməyə başlayır, özlərini estetik cərrah, stomatoloq, implantoloq, burun əməliyyatı üzrə uzman kimi tanıdır, pasiyentləri cəlb edir.
Bu məsələ tibb ictimaiyyətində haqlı narazılıqlara səbəb olur. Çünki həm bu üzrə rezidentura, həm internatura təhsili alan, ixtisası estetik və ya LOR cərrah olanlar bu sahə üzrə heç bir təhsil almayan, lisenziya almayan başqa həkimlərlə rəqabət aparmalı olur.
Acınacaqlı hal odur ki, çox vaxt yeni ixtisas seçən həkimlər qiymətləri endirərək rəqabətdə qazanır və xəstələri ucuz qiymətə yanlış əməliyyat edirlər.
Belə həkimlərdən biri də həm plastik, estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevdir.
Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayevin ixtisası əslində, ümumi cərrahdır və 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər xəstəxanasında çalışıb.
Son 5 ildir estetik cərrahiyyəyə tələbat olduğundan istiqaməti dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyat edir. Medicina.az-ın əməkdaşı məsələ ilə bağlı cərrahın özü ilə əlaqə saxlayıb, ixtisasını dəyişmək üçün ikinci təhsil, ixtisas artırma, lisenziya alıb–almaması ilə maraqlanıb.
Fuad Abdullayev suala dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisas aldığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu bildirərək, belə məsələləri qabartmağın yersiz olduğunu bildirib.
Fuad Abdullayev sosial şəbəkə hesablarında iş yeri kimi qeyd etdiyi Lanset Cərrahlıq klinikasına ünvanlandığımız məktuba isə belə cavab verilib: “Fuad Abdullayev hazırda bizim klinikamızda fəaliyyət göstərmir“.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə göndərdiyimiz sorğuya hələlik cavab verilməyib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yaxın vaxtlarda ixtisası üzrə fəaliyyət göstərməyən daha bir neçə həkimin adını açıqlayacağıq.
Aygün Musayeva
Aftv.az
Məşhur estetik cərrahın diplomu yox imiş – Klinika işdən çıxartdı
Gündəm / Səhiyyə
5, mar, 2024
12:01
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30