Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? - Məhkəməyə verildilər...

Gündəm
2, mar, 2024 10:40

“Teymuroğlu” MTK məhkəməyə verilib.

Dia-az.info xəbər verir ki, şirkət barədə Əliyev Elnur Şirzad oğlu Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti mənzil mübahisələri və mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə bağlıdır.

İddiaçı MTK-dan əmlakını tələb edir.

Məhkəmə işi hakim Vüsalə Musayevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Teymuroğlu” MTK 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elşən Qurbanov, rəhbəri isə Münasib Qurbanovdur.

2022-ci ildə “Teymuroğlu” MTK-nın həmtəsisçisi Elşad Tağıyev Bakıda bir mənzili iki nəfərə 400 min manata satmaqda ittiham edilərək məhkəmə zalında həbs edilib. E.Tağıyev məhkəmə prosesi dövründə “Teymuroğlu İnşaat”ın şəriki olub.
Aftv.az

Son xəbərlər

İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30