Antalyada Diplomatiya Forumu öz işinə başlayır

Gündəm / Siyasət
1, mar, 2024 10:21

Bu gün Türkiyənin Antalya şəhərində Diplomatiya Forumu öz işinə başlayacaq. 
Aftv.az xəbər verir ki, martın 3-dək davam tədbirdə 100 ölkədən 4 000-dən çox qonaq iştirak edəcək. 
Forumun əsas mövzusu böhran dövründə diplomatiyanın təşviqi olacaq.
Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. 
III Antaliya Diplomatiya Forumu 2023-cü il fevralın 6-da Türkiyədəki dağıdıcı zəlzələdən sonra qeyri-müəyyən müddətə təxirə salınmışdı. 

Son xəbərlər