Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib.
“Report” xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliyyə sisteminin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoyub, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırılıb, nazirliyin səlahiyyətləri genişləndirilib, cəmiyyətdə rolu artıb.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə sisteminin inkişafı məsələlərini və ümumilikdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının təsdiq etdiyi qanunvericilik aktları ilə Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, ədliyyə orqanlarında qulluqkeçmənin qaydaları və şərtləri müəyyən olunub, ədliyyə orqanlarının inkişaf etdirilməsi məqsədilə müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dövlət başçısının qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verdiyini aydın göstərir.
Qarşıdan gələn dövrdə nazirliyin qarşısında duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb.
Aftv.az
Samir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim edib
Gündəm
28, fev, 2024
13:43

Son xəbərlər
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23
Növbəti estetik əməliyyat qurbanı "MedAura" klinikasında oldu
21, fev, 2025
16:00
Ukrayna XİN rəhbəri: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz
19, fev, 2025
22:00
Nazir bu xanımı direktor təyin etdi Ölkə
19, fev, 2025
21:30
İlham Əliyev yeni sərəncam imzaladı
19, fev, 2025
21:30
Sabiq baş redaktora hökm oxunub - Məhkəmə zalından azadlığa çıxıb
19, fev, 2025
21:00
Hava çirkliliyini yanacağa çevirən cihaz hazırlandı
18, fev, 2025
11:18