Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını DÖYDÜ

Gündəm / Araşdırma
27, fev, 2024 10:52

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.
“Unikal”-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib. 
Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub. 
Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.
Faktla bağlı araşdırma aparılır.
Aftv.az

Son xəbərlər