SOCAR-ın tabeliyində olan"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyətinin mütəxəssisi Məmmədov Nazim Tahir oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Rəhbər şəxslər tərəfindən ədalətsizlik üzləşdiyini deyən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
“Mən, Məmmədov Nazim Tahir oğlu, 17 ilə yaxın bir dövrdə eyni müəssisədə, Azərbaycanın neft-qaz sənayesində ekoloji məsələlərlə bağlı şərəflə, vicdanla və düzgün çalışan bir mütəxəssisəm. Gənc alim kimi öz sahəmin peşakarı olduğum halda, mənə “qeyri-peşakar” damğası vurulmuş və işdən azad edilməm üçün 23 dekabr 2024-cü il tarixində mənə bildiriş təqdim olunmuşdur.
Məlumat üçün qeyd edim ki, himayəmdə 3 azyaşlı uşaq var. Böyük övladım ürək qüsürundan əziyyət çəkir. Bakıda kirayədə yaşayırıq. Başqa heç bir yerdən qazancım yoxdur.
Məni və övladlarımı ağır sosial duruma salıblar. Dəfələrlə rəhbərliyə müraciət etməyimə baxmayaraq, heç bir köməklik olunmamışdır. İş yerim SOCAR ın nəzarəti altında fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri " Qapalı Səhmdar Cəmiyətidir.
Onu da qeyd edim ki, 6 aya yaxın müddətə mənə edilməkdə olan haqsızlıqlara və ədalətsizliklərə görə, SOCA-ın prezidenti cənab Rövşən Nəcəfə müraciət edib, ondan məni şəxsən qəbul etməsini xahiş etmişdim. Lakin bu, hələ mümkün olmamışdır. Məni SOCAR-ın vitse-prezidentinin müavini qəbul etmişdir. Lakin problem öz həllini tapmamışdır. Əksinə, 23 dekabr 2024-cü il tarixində məni işdən azad etdilər.
Hazırda çox pis durumdayam. Bu, haqsızlıq, Azərbaycanın peşakar aliminə qarşı böyük bir faciədir. Təsəvvür edin ki, nə mənim peşakar bir mütəxəssis olmağım, nə alimliyim, nə də 3 azyaşlı övladıma tək bir valideyin olmağımı (övladımın biri xəstədir), həmçinin yeganə qazanc yerim olan işim nəzərə alınmadan, mənə bu zərbəni vurdular.
Bildiyiniz kimi, qanunvericiliyə əsasən, bu imtiyazlara malik olan insanlarla bağlı müəyyən zərurətlər mövcuddur. Bu, bir alimin, bir ailənin məhvi deməkdir.
Onu da əlavə edim ki, çalışdığım müəsissədə işini bacarmayan işçilərə himayədarlıq edirlər”.
Hazırladı: Jalə FAMİLQIZI
Hurriyyet.az
Aftv.Az
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Gündəm / İqtisadiyyat
26, dek, 2024
13:49
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30