AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - Yenilənir - Video

Gündəm / Hadisə / Video
25, dek, 2024 09:07

Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb. Bu barədə “Tengrinews” məlumat yayıb.
Məlumata görə, təyyarə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirirmiş.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
***
AZAL hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Aftv.Az

Son xəbərlər

İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30