"Atəşgah sığorta" şirkəti müştərisinin avtomobilinə dəymiş zərəri ödəməmək üçün bütün bəhanələri axtarıb tapa bilir. Şirkət xeyli vaxtdır ki, şəhid övladı olan Əliyeva Sevil Gülalı qızının avtomobilinə dəymiş zərəri vermir. Baxmayaraq ki, avtomobil kasko sığorta olunub.
Ancaq şirkət bu azmış kimi, maşının təmiri üçün müştəridən pul da istəyir. Nəticədə maşın uzun müddətdir ki, istifadəsiz vəziyyətdə qalıb. "Atəşgah sığorta" əvvəlcə Dövlət Yol Polisindən arayış verilməsini istəyib. Hadisə İsmayıllı-Lahıc yolunda avtomobilin kənarda saxlanmış vəziyyətində baş verib. Belə ki, sürücü maşını saxlayıb, düşüb və şəkillər çəkərkən avtomobilin damına daş düşüb, nəticədə ciddi ziyan dəyib. Yəni yol-nəqliyyat hadisəsi deyil, təbiət hadisəsi sayılır. Bununla belə İsmayıllı DYP sürücüyə rəy təqdim edib və o da sığorta şirkətinə verib. Ancaq nə DYP rəyi, nə kasko sığorta olması sözügedən şirkət üçün keçərlidir. Hətta vətəndaşın şəhid qızı olması və problemin mediada işıqlanması da "Atəşgah sığorta"nı maraqlandırmır. Əksinə, şirkətin nümayəndəsi bildirib ki, zərərin qarşılanması və təmiri üçün müştəri özü 250 manat ödəniş etməlidir, əlavə olaraq, "Günay finans"dan təmirə razılıq ərizəsi alınıb sığorta şirkətinə təqdim olunmalıdır. Zərər çəkmiş isə bildirir ki, kasko sığorta olduğu halda niyə şirkət təmirin xərcinin bir hissəsini tələb etməlidir?! Ümumiyyətlə, adıçəkilən sığorta firması bu problemin həlli üçün heç bir iş görmür və məsələyə laqeyd yanaşır. Şəhid ailəsi bununla bağlı Prezidentdən, Baş Prokurordan işin araşdırılması üçün diqqət göstərilməsini xahiş edir.
Azər Talıbov
Anaxeber.info
Aftv.az
Şəhid övladı "Atəşgah sığorta"dan Prezidentə və Baş Prokurora şikayət etdi
Gündəm
21, fev, 2024
11:02

Son xəbərlər
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23