Prezident İlham Əliyev "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Aftv.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175 (Cild I) 1.1-ci bəndi aşağıdakı redaksiyada verilir:
"1.1. səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə (bundan sonra - Cəmiyyət) Layihələrin səmərəli idarə olunmasını təmin etsin;".
Sənədlə cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının iki faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürülür.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezidentdən SOCAR-la bağlı SƏRƏNCAM
Gündəm / Siyasət
10, dek, 2024
16:44

Son xəbərlər
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23
Növbəti estetik əməliyyat qurbanı "MedAura" klinikasında oldu
21, fev, 2025
16:00
Ukrayna XİN rəhbəri: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz
19, fev, 2025
22:00
Nazir bu xanımı direktor təyin etdi Ölkə
19, fev, 2025
21:30
İlham Əliyev yeni sərəncam imzaladı
19, fev, 2025
21:30
Sabiq baş redaktora hökm oxunub - Məhkəmə zalından azadlığa çıxıb
19, fev, 2025
21:00
Hava çirkliliyini yanacağa çevirən cihaz hazırlandı
18, fev, 2025
11:18