“Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük məsuliyyət və vəzifələr düşür”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
O söyləyib ki, gənclər üçün bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır:
“Bizi xalq kimi əsrlər boyu məhz dəyərlərimiz qoruyub. Azərbaycanlılar öz Vətəni yolunda canını fəda etməkdən çəkinməyiblər. Təbii ki, bu vətənpərvərliyin qorunmasında dövlət siyasətinin böyük rolu var. Azərbaycan rəhbərliyi daim Vətənə məhəbbəti təbliğ edib, Vətən yolunda canından keçən qəhrəmanların xatirəsini əziz tutub, onların xidmətlərini yüksək dəyərləndirib. Bu siyasətin bəhrəsini 44 günlük Vətən müharibəsində gördük”.
Deputat xatırladıb ki, 30 il müddətində Azərbaycan xalqı üçün Qarabağın erməni işğalından azad olunmasından vacib iş olmayıb:
“Ona görə də ordu quruculuğu sürətlə aparılırdı, gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, həmçinin, ölkədə ardıcıl olaraq iqtisadi islahatlar həyata keçirilirdi.
İkinci Qarabağ müharibəsində şəhid olanların əksəriyyəti gənclərdir. Onların əksəriyyəti Qarabağı görməmişdi, amma qəlblərində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları zəfərə gedən yolda qəhrəmana çevirdi. Azərbaycan dövlətinin yetişdirdiyi vətənpərvər nəsil regionu separatçılıq və terror bəlasından xilas etdi. Hərbi-vətənpərvərlik ruhunda böyüdülən nəslin yeni zəfərlər qazanacağı şübhəsizdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı gənclərlə bağlı önəmli tövsiyələr verib.
Dövlət başçısı deyib ki, gənclər elə formada tərbiyə olunmalıdırlar ki, milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun:
“Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu var. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır”.
Aftv.az
“Müstəqil dövlət quruculuğunda gənclərin üzərinə böyük məsuliyyət düşür” - RƏY + FOTO
Gündəm / Siyasət
20, fev, 2024
17:57
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30