Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi".
"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert bir neçə mühüm məqama diqqət çəkib:
"Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı.
İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir.
Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı.
Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşa keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrsa dəstəklərinin artırılmasına ehtıyac var".
E.Şahinoğlunun sözlərinə görə, İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb: "Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir".
Aftv.az
LİDERLƏRİN 4 MÜHÜM MESAJI - Politoloq Ankarada verilən tarixi qərarları açıqladı + VİDEO
Gündəm / Siyasət
20, fev, 2024
10:14
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30