Məlumdur ki, son illər Daxili İşlər Nazirliyinin tabeli dövlət qurumlarında həyata keçirilən islahatlar geniş ictimaiyyətin diqqətini olduqca cəlb etməkdədir. Çünki, bu qurum müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara, ortaya qoyduqları yanaşmalara və s. lazımınca diqqət yetirir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli qurumlarında fərqli ab-hava formalaşmağa başladı. Faktdır ki, ötən 4 il 8 ay ərzində bu yöndə lazımi addımlar atıldı və hal-hazırda da atılmaqda davam edir.
Çox təəssüf hissi ilə qeyd edək ki, bu günə kimi cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də yol polisi əməkdaşlarından bəziləri rəhbərlikdən verilən tapşırıqlara məhəl qoymurlar, necə deyərlər çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Bu kimi səbəblər üzündəndir ki, ayrı-ayrı sürücülər bəzi yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalırlar, bəzən də əsassız şəkildə getgələ salınırlar. Belə şəxslərdən biri də Balakən rayonu, Talalar kənd sakini Süleymanov Cavid Şəhmir oğludur.



Qeyd edim ki, Şəki MRX-dan aldığım həmin sənədi Balakən DYP bölməsinin əməkdaşı Elçin Yolçuyevə təqdim etdim və o, həmin sənəd əsasında duracaqdakı avtomobilimi özümə verdi. Belə bir haqsız olayla üz-üzə qaldığımdan, baş verənlərlə bağlı Baş Prokurorluğa, DİN-nin 102 xidmətinə və bir çox dövlət qurumlarına məlumat da vermişəm.Onu da bildirim ki, 29 yanvar 2024-cü il tarixdə yol polisi əməkdaşı İsmayıl Mehdiyev məni “Tülü kruqu” adı ilə tanınan ərazidə saxladıqdan sonra, guya ki, həmin vaxtlarda içkili olmuşam və o, bununla bağlı barəmdə əsasız protokol da yazır. Eyni zamanda tərtib olunan protokol və müəyyən sənədlər Balakən DYP bölməsindən Balakən Rayon Məhkəməsinə göndərilir. Qeyd edim ki, Şəki MRX-na getmək istədiyim vaxt İsmayıl Mehdiyev qaynım Vüsal Şendiyevə “Siz hara getsəniz yenə də mənim qapımı döyəcəksiniz, yaxşı olar ki, 500 manat pul verin, mən bu söhbəti birdəfəlik bağlayım” deyir. 13 fevral 2024-cü il tarixdə Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı, hakim İXM-nin müvafiq maddəsi ilə, guya ki, təkrar sərxoşluğa yolverdiyimə görə sürücülük vəsiqəmin məhdudlaşdırılması haqda qərar çıxarmaq istədikdə, hakimin çıxaracağı qərara etiraz etdim. Yəni, hakimə bildirdim ki, mən 29 fevralda içkili olmamağımla bağlı Şəki MRX-dan rəsmi sənəd almışam. Belə bir səbəbdən də, hakim həmin gün qərar çıxarmadı və lazımi araşdırmaların aparılması üçün, növbəti məhkəmə prosesinin 21 fevral 2024-cü il tarixdə, saat 15:35-də keçiriləcəyini elan etdi. Mən Balakən DYP bölməsinin əməkdaşı İsmayıl Mehdiyevin bu cür əməllərindən heç cür baş aça bilmirəm. Ümid edirəm ki, heç bir əsas olmadan bu şəxsin bizdən 500 manat pul tələb etməsi gectez bir çox rəhbər şəxslərin, ələlxüsus DİN-i cənab Vilayət Eyvazovun diqqətini cəlb edəcək. Yəqin ki, o halda İsmayıl Mehdiyevin atdığı addımlara lazımi qiyməti vermək mümkün olacaq”.
Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənabları neçə illərdir ki, cəmiyyətimizi eybəcərləşdirən hər cür amillərə, əyintilərə, rüşvətxorluğa və s. qarşı ardıcıl mübarizə tədbirlərini gücləndirir. Buna baxmayaraq, Balakən DYP bölməsinin əməkdaşı İsmayıl Mehdiyev isə, bu yöndə verilmiş tapşırıqları saya salmır. Unutmaq olmaz ki, bir tərəfdən ölkə rəhbəri İlham Əliyev cənabları, digər tərəfdən cənab Vilayət Eyvazov lazımi addımlarını atırlar ki, yol polisi sahəsində lazımi dönüş əldə etmək mümkün olsun. O halda ortaya belə bir sual çıxır ki, bu cür əməl və amal sahibi olan İsmayıl Mehdiyev, görəsən belə bir əməlləri ilə hara gedir, yaxud da hara qədər gedə biləcək?.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 29-da “Volkswagen” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Cavid Süleymanov dönmə işıqlarından düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşı tərəfindən ona “saxla” işarəsi verilib. Sənədləri yoxlanılan zamanı sürücünün hərəkətləri sərxoş olmasına dair şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Həkim-narkoloqun da rəyinə əsasən həmin şəxsin sərxoş olduğu sübuta yetirilib.
Bundan sonra C.Süleymanov məsuliyyətdən yayınmaq üçün Şəki şəhərinə gələrək xəstəxanada özü təkrar müayinədən keçib və onun sərxoş olmamasına dair rəy verilib. Buna səbəb isə sürücünün təkrar müayinəyə bir neçə saat sonra, yəni qəbul etdiyi alkoqolun miqdarı bədənində azaldıqdan sonra getməsi olub.
C.Süleymanov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Əlavə olaraq bildirək ki, ötən ilin iyul ayında da sürücü C.Süleymanov sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.
(GundemXeber.Az)Aftv.az