Son zamanlar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin şəxsi avtomobili gündəmdədir. Sosial şəbəkələrdə icra başçısının "Range Rover" markalı avtomobilinin qiyməti 450000 manat civarında hesablanaraq, sual doğuran və şübhə altında olan bu qədər maliyyənin, icra başçısının büdcəsində hardan olduğu maraq doğurur.
Gəlin, görək Xaçmaz rayonuna ayrılan bu qədər tender layiqincə xərclənib, yoxsa tenderlərin pulları "Range Rover"dədir...
Elnur Rzayevin başçı olduğu Xaçmaz Rayon İcra Hakimiyyətinin tenderlərdə payladığı pulllar sözün əsl mənasında dodaq “uçuqladır”. Bu dəfəki yazımızda 2020-ci ildə Xacmaz Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi tender müsabiqələr və bağlanan müqavlilələrlə bağlı ümumi məlumat verəcəyik. Sözügedən icra hakimiyyəti 2020-ci ildə tenderdə 3 milyon manatdan çox pul xərcləyib. Bağlanan tender müqavilələrinin siyahısını təqdim edirik:![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Xaçmaz Rayon İcra Hakimiyyəti - "SDS GROUP" MMC - Xaçmaz şəhərində Mərkəzi İstirahət Parkının və Şəhidlər Xiyabanının abadlaşdırılması və təmiri işlərinin satınalınması - 1.534.655,95 AZN
Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 100 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə SƏXAVƏT BƏŞİROV DİLQƏM OĞLUdur.
Xaçmaz Rayon İcra Hakimiyyəti - "TALEH-A.T." MÜƏSSİSƏSİ - Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması - 189.870 AZN. Bildirək ki, yol-tikinti şirkəti olan "Taleh-AT" Müəssisəsinin nizamnamə kapitalı 8633200 AZN-dir, qanuni təmsilçisi isə Əliyev Məhəmmədəli Heydər oğludur.
Xaçmaz Rayon İcra Hakimiyyəti - "BAKU BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyəti Çoxmənzilli yaşayış binalarının təmiri - 255.075,79 AZN AZN. Bildirək ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə SAMİR HÜSEYNOV RAFİQ OĞLUdur.
Xaçmaz Rayon İcra Hakimiyyəti - “TALEH - A.T.” müəssisəsi - Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması - 953.054,14 AZN. Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 8633200 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə MƏHƏMMƏDƏLİ ƏLİYEV HEYDƏR OĞLUdur.
Xaçmaz Rayon İcra Hakimiyyəti - “ASBELLA-GM"MMC - Katirovka sorğusu - 40000AZN. Qalib MMC-nin nizamnamə kapitalı cəmi 5 AZN-dir. Qanuni təmsilçisi isə İSMAYIL MUSAYEV FİRDOVSİ OĞLUdur.
Xaçmaz Rayon İcra Hakimiyyəti - “ALYANS MT"MMC - Katirovka sorğusu - 49.960 AZN.
Xaçmaz Rayon İcra Hakimiyyəti - “ALYANS MT"MMC - Katirovka sorğusu - 43.230 AZN. Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 5 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə İSMAYIL MUSAYEV FİRDOVSİ OĞLUdur.
Onu da vurğulayaq ki, Xaçmaz Rayon İcra Hakimiyyəti 2021-ci ildə cəmi 1 dənə tenser müqaviləsinə imza atıb. "Osmanlı İnşaat" MMC ilə Xaçmaz və Xudat şəhərlərində aparılacaq abadlaşdırma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına görrə 26.275 AZN-lik müqavilə imzalanıb. “Osmanlı İnşaat” MMC-nin isə nizamnamə kapitalı 10 AZN, qanumi təmsilçisi AQİL HÜSEYNOV CEYFUN OĞLUdur.
Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Prezident Administrasiyası sosial şəbəkələrdə gedən yazının araşdırılmasını nəzarətə götürüb, yazılanların həqiqətə uyğun olub-olmadığına aydınlıq gətirməlidir.
(Hurriyyet.az)
Aftv.az
Xaçmaz rayon icra başçısı "tender maliyyəsi"ndən ÖZÜNƏ "RANGE ROVER" ALIB
Gündəm
19, fev, 2024
18:38
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30