Əminə Ərdoğan: "COP29 həmrəylik və bəşəriyyətə qarşı məsuliyyətin güclü təzahürüdür"

Gündəm / Siyasət
12, noy, 2024 16:08

"Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) sərhədləri aşan həmrəyliyin, təbiətə və bəşəriyyətə qarşı ortaq məsuliyyətin güclü ifadəsidir".
Aftv.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkə hesabından yazıb.
"Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyində keçirilən COP29-un Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin ortaq evimiz olan Yer planetinə xeyirli olmasını arzu edirəm. Bu ortaq iradənin, hər kəs üçün daha ədalətli bir dünyaya qapıları açacağına ümidvaram", - deyə o bildirib.

Son xəbərlər

Sabahın hava proqnozu AÇIQLANDI
19, noy, 2024 17:49