Coşqun Cəbrayılovun yeriyən postterminalının pul yığmaqdan əlləri “mazol” olub
Bakının Nizami rayonundakı qanunsuz hallar, sabiq məmurların bu rayonda özbaşınalıqla məşğul olması, İcra Hakimiyyətinin isə dövlətin sahubkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi siyasətlə uzlaşmayan davranışları son günlər medianın gündəmindədir. Təkcə elektron KİV-lər deyil, hətta aparıcı televiziya kanalları Nizami rayonundakı özbaşınalıqlardan bəhs edən reportajlar yayırlar. Buna misal olaraq, ATV, “Xəzər”, “Space” kimi kanalların yayımladığı materialları göstərmək olar. Nə baş verir? Nizami rayonunun adı niyə hələ də “əlləm-qəlləm” işlərdə hallanır? Belə çıxır ki, Coşqun Cəbrayılovun vəzifəsinin öhdəsindən gələ bilməməsi, rayonu sabiq məmurların ticarət meydançasına çevirməsi, özünün nüfuz sarıdan ciddi korluq çəkməsi barədə iddialar həqiqətə söykənir.
Hər halda rayon əhalisi arasında Coşqun Cəbrayılovun qara kassası, canlı postterminalı kimi tanınan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun xüsusən sahibkarların, tikinti işləri ilə məşğul olan iş adamlarının cibini soymasına şərait yaratmazdı… Maraqlıdır ki, Tural Cavadov ünsiyyətdə oıduğu vətəndaşlarla söhbətində tez-tez Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkir və elə təsəvvür yaratmağa çalışır ki, Coşqun Cəbrayılov iş instruktajını məhz Eldar müəllimdən alır. Görəsən Coşqun Cəbrayılovun bundan xəbəri varmı? Və yaxud Eldar Əzizovun özü bilirmi ki, Tural Cavadov adlı xırda məmur öz əməllərini məhz onun adı ilə sığortalamağa çalışır. Hər halda biz inanmırıq ki, Nizami rayonunda tikinti şirkətlərindən yığılan puldan, bunun müqabilində yaşıllıqların məhv edilməsindən hörmətli Eldar müəllimin xəbəri var. Odur ki, diqqətini Nizami rayonuna, başçının yeriyən “mİlli ön”, “e – manat” kimi istifadə etdiyi Tural Cavadovun əməllərinə yönəltsə yaxşıdır.
Yazının əvvəlində təsadüfən qeyd etmədik ki, Nizami rayonu İcra Hakimiyyətinin davranışları dövlət siyasəti ilə uzlaşmır. Hər halda Tural Cavadov kimi məmur qırığının hərəkətləri bilavasitə cənab Prezidentin vətəndaşlara xidmətlə bağlı çağırışlarına ziddir. Yaxşı olar ki, Nizami İcra Hakimiyyəti “qara-qura” işlərdə ad çıxarmaqdansa, 7 fevral növbədənkənar prezident seçkisində ən aşağı seçici fəallığı göstərən rayon olmasının səbəbləri barədə düşünsün. Coşqun Cəbrayılov işləyə bilmirsə, getsin Yasamal və Nərimanovun başçılarından öyrənsin ki, dövlətə, xalqa necə xidmət olunur… Yoxsa Tural Cavadov kimi pul yiğmaqdan əllərinin “mazol” olması heç bir halda dövlətə xidmət deyil.
Əlimizdə Tural Cavadovun tikinti şirkətlərinin təmsilçiləri ilə pul söhbərləri aparmasını təsdiq edən səs yazıları da var. Növbəti dəfə onları açıqlayacağıq.
Tural Cavadovhn bu günlərdə özünə Şahin adlı köməkçi pulyığan işə götürməsi diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Pulu indi Şahin yığsa da “ana kassa”nın kim olduğu hamıya məlumdur.
Yazıdakı iddialarla bağlı, əlaqədar şəxslərin cavab haqqını tanıyırıq.
(Xəbəral.az)
Aftv.az
Nizami Rayon Icra Başçısının “Qara Kassası”Nın Kimliyi Bəlli Oldu
Gündəm
19, fev, 2024
14:27
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30