Yeni təyin edilən icra başçısı kimdir?

Gündəm / Siyasət
15, iyl, 2024 14:16

Prezident İlham Əliyevin Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə icra başçısı təyin edilib. Bu vəzifə Orxan İrşad oğlu Abbasova verilib.
Aftv.az Daşkəsən Rayon İcra Hakimiyyətinə yeni təyin edilmiş icra başçısı haqqında qısa bioqrafik məlumatı oxucuların diqqətinə təqdim edir.
Orxan İrşad oğlu Abbasov ABŞ-nin Qərbi Miçiqan Universitetinin məzunudur.
O, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.
Atası İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktorudur.

Son xəbərlər