Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı ordu quruculuğu ilə bağlı səsləndirdiyi fikirlər aşağıdakı istiqamətlərdə idi:
- Silahlı Qüvvələrin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir,
- Azərbaycanda elit qüvvələrin, o cümlədən komandoların sayının artırılması prioritetdir,
- Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılmasının daha genişmiqyaslı ikinci mərhələsi icra olunur,
- Hərbi sənaye kompleksinə yatırılacaq sərmayələrlə Azərbaycanın xaricdən silah idxalı böyük dərəcədə azalacaq,
- Sərhəd təhlükəsizliyinin gücləndirilməsi vacibdir.
Azərbaycanın strateji müdafiə ehtiyaclarının qarşılanmasında ordu və sərhədlərin toxunulmazlığı xüsusi rola malik olduğundan Əliyev “silahlı islahatlar”ın vacibliyinə diqqət ayırır.
İlham Əliyev bununla regional və qlobal miqyasdakı təhdidlərin, artan eskalasiya risklərinin Azərbaycana mümkün təsirlərinə qarşı tammiqyaslı cavab tədbirlərini qeyd edir.
Əliyevin bəyan etdikləri Azərbaycanın müdafiə potensialı və Ermənistanın mümkün təxribatlarına qarşı həmlə gücünün möhkəmlik qazanması qətiyyətinin iradəsidir.
Azərbaycanın hərbi imkanlarının və elit qüvvələr strukturunun möhkəm təməllər üzərində qalması üçün ən müasir silahların istehsalına diqqət artırılacağı gözlənilir.
Yəqin, buna görədir ki, İlham Əliyev “yeni dövrün ordu reallıqları”nın kontekstindən danışarkən yerli silah istehsalının artacağına və silah idxalının əhəmiyyətli dərəcədə azalacağına xüsusi diqqət yetirib və prosesi “genişmiqyaslı mərhələ” kimi qiymətləndirib.
Azərbaycan, onsuz da, regional qüvvələr lövhəsində həm strateji, həm də hərbi qüdrət baxımından liderdir və bu, onun yeni geosiyasi reallıq yarada bilmək qabiliyyəti ilə daha da güclənir.
Ölkəmizi liderlik taxtından salmaq cəhdləri isə ara verməyəcək, buna görə də Bakı mövcud yerini qorumaq və onu daha da irəlilətmək üçün ordu gücünü qaldırır.
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində yaranan əngəllər də Bakının müdafiə amilinə niyə üstünlük verməsini izah edir.
Strateji əhəmiyyət kəsb edən ərazilərin qorunması üçün Azərbaycan Ermənistana “bufer zona” tələbini irəli sürür. Bunun effektiv olması üçün Azərbaycanın silahlı qüvvələr mövqeyindəki liderliyini daha yüksək indekslərə çıxarmaq istəyi başadüşüləndir.
Azərbaycan bu istiqamətləri regionu gərginlikdən uzaq tutmaq və bölgəni sabitləşdirəcək proseslərdə öndə durmaq üçün yol xəritəsi kimi təqdim edir.
Ordu quruculuğu və hərbi sənaye kompleksinin ideal vəziyyətə gətirilməsi üçün qoyulan tapşırıqlar nəticə olaraq:
- Ermənistana sponsorluq edən dövlətlərin Azərbaycanla diplomatik-siyasi anlaşma əldə etmək şanslarını artırır,
- Regionda sülh və təhlükəsizliyin qorunması üçün əlavə çəkindirmə aktı yaradır,
- Azərbaycanın regional strategiyasına qarşı “qisasçılıq” mövqelərinin aradan qaldırılması fikrinə əsaslanır.
Aftv.az
Azərbaycanın “ayaq səsləri”: Əliyev nəyə işarə edir? - TƏHLİL
Gündəm / Siyasət
16, fev, 2024
17:20
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30