Azərbaycanın aparıcı banklarından biri olan "Bank of Baku” ASC-nin problemli kreditləri artıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk rübünün yekununda "Bank of Baku”nun problemli kreditləri 23 milyon 643,3 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın problemli kreditləri 3 milyon 826,5 min manat və ya 19,3% artıb. Problemli kreditlərin 18%-nin geri qaytarılma vaxtı bir ildən çox ötüb.
Məlumat üçün bildirək ki, "Bank of Baku” ASC-nin əsas səhmdarı Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi "NAB Holdinq” şirkətlər qrupudur. Bank səhmlərinin 35%-nə sahib olan "NAB Holdinq” 1994-cü ildən
Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku”, "Baku Electronics”, "Qafqaz Lizinq”, "Buta Sığorta”, "Baku Service Company”, "Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi "NAB Holdinq” şirkətidir. "Qafqaz Lizinq” və "Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatda 2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bankın "Bank of Baku” olduğu bildirilib.
"NAB Holdinq”ə bağlı olan daha bir şirkətin – rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan "Baku Electronics”in dövlət büdcəsinə 223 min 946 manat 59 qəpik vergi borcu var. "Baku Electronics” MMC-nin 12 mart 2024-cu il tarixinə dövlət büdcəsinə olan vergi borcu 1 milyon 213 min 691 manat 29 qəpik olub.
"Bank of Baku” ASC-nin ikinci ən böyük səhmdarı isə Hikmət Əbuzər oğlu İsmayılovdur. Bank səhmlərinin 31,11%-nə sahib olan Hikmət İsmayılov eyni zamanda "AFB Bank” ASC-nin əsas səhmdarıdır. Hazırda bank "AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i Hikmət İsmayılova məxsusdur.
Xatırladaq ki, "AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdikləri "Gilan” MMC-yə məxsus olub. 2020-ci ildə "Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir. Hikmət İsmayılov eyni zamanda "AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Hikmət İsmayılovun Kəmaləddin Heydərovun bacanağı olduğu barədə də mətbuatda məlumatlar yayılıb və bu günə kimi təkzib edilməyib.
Aftv.az
"Bank of Baku”nun problemli kreditləri 19% artıb – Ən çox şikayət olunan bankdır
Gündəm / İqtisadiyyat
30, apr, 2024
11:05
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30