Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.
Liderlər qarşılıqlı surətdə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıblar.
Vuçiçin Əliyevdən dəstək istəməsi BMT-də aprelin 22-də Kosovo ilə bağlı keçiriləcək iclasla əlaqəli görünür.
Üstəlik, ABŞ, Fransa, Almaniya da daxil olmaqla bir neçə BMT üzvü Srebrenitsa soyqırımını müzakirə etmək üçün qurumun Baş Assambleyasına qətnamə təqdim edir.
Layihə mətninə əsasən, 2025-ci ildən başlayaraq 11 iyul tarixi Srebrenitsa hadisələrinə münasibətdə Beynəlxalq Düşüncə və Anma Günü kimi təyin ediləcək.
Ancaq prosesə Qərbi Balkan regionunda vəziyyətin incə ip üzərinə keçidi prizmasından baxdıqda vacib bir kontekst üzə çıxır: Rusiya, Qərb və Çinin regionda güclənən və kəskinləşən mübarizəsinin arasında sıxışan Serbiya alternativ kömək axtarır.
Bildirmək şərtdir ki, Kosovo məsələsi, Balkan regionunda Qərb, Rusiya və Çin arasında balans yaratmaq istəyi Serbiyanı xarici siyasətdə dilemmalarla üzləşdirir.
Bu, Serbiyanın Kosovonun müstəqilliyinə etirazları və Bosniya və Herseqovinadakı etnik serblərin vəziyyətinə, eləcə də Qərblə münasibətlərinə aid yanaşmalarda özünü göstərir.
Serbiya xarici və regional siyasətində Rusiya və Çinin maraqlarına getdikcə uyğunlaşma rejimini seçir. Bu, Qərbdə Pekinlə Moskvanın Balkan regionunda təsirlərinin artması barədə həyəcana səbəb olur.
Əlavə olaraq, Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaq üçün Serbiya amilindən yararlanmağı əhatə edir. Məqsəd Avropanı öz daxilində bölmək, Moskva üçün etibarlı müttəfiq formalaşdırmaqdır.
Bununla belə, Serbiya Avropa strukturları ilə hüquqi və institusional yaxınlaşmasını gücləndirmək səylərinə də ara vermir.
Bunların fonunda Serbiya ilə Kosovo arasında insidentlərin yüksəlməsi, üstəlik, Bosniya və Herseqovinadakı Serb Respublikasının Belqradın xeyrinə etirazları diqqət çəkməyə bilməz.
Balkan regionunun münaqişənin astanasında olduğu dönəmdə isə Çin geoiqtisadi və diplomatik baxışlarına uyğun olaraq öz təsirlərini artırır.
Serbiya Rusiya və Çinin regionda bərkiyən əllərindən dərin narahatlıq keçirmir. Elə buna görədir ki, Belqrad əvəzində Moskva və Pekini sözügedən qətnamə layihəsinin əleyhinə səs verməyə çağırır.
Vuçiçin Əliyevdən və Azərbaycan xalqından dəstək gözləməsinin arxa fonu bu gedişatların mənzərəsində açılır.
Deməli, Serbiya xarici siyasət potensialını gücləndirmək üçün Azərbaycanın dəstəyinə ehtiyac duyur. Çünki Azərbaycanın həm qlobal oyunçular arasında güclü manevr qabiliyyəti mövcuddur, həm də onun Avropada nüfuzu enerji təhlükəsizliyinin işığında getdikcə yüksəlir.
Ancaq Azərbaycan Balkan regionunda hər hansı münaqişədə qəti maraqlı tərəf deyil, amma diplomatik və siyasi bəyanatlarla gərginliyi ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında azaltmağa çalışır.
Çünki Balkan regionunda mümkün eskalasiya riskinin Cənubi Qafqazda səda doğurması yüksək ehtimal olaraq qalmaqdadır.
Aftv.az
Vuçiç Əliyevdən təzyiqlərə qarşı dəstək istəyir - TƏHLİL
Gündəm / Siyasət
18, apr, 2024
12:28
Son xəbərlər
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
22, noy, 2024
12:19
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22, noy, 2024
11:53
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22, noy, 2024
11:53
26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22, noy, 2024
11:00
Generalın oğluna yeni vəzifə verildi
21, noy, 2024
18:03
Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir
21, noy, 2024
17:08
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
21, noy, 2024
16:52
Jurnalist həbsxanada aclığa başlayıb
21, noy, 2024
16:43
Nazir maaşlardan danışdı: 80-90 manat etsək...
21, noy, 2024
11:54
Bakı Fuad Nəcəflini təkzib edir: "Pullar düzgün xərclənmir!"
21, noy, 2024
11:28
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21, noy, 2024
10:58
Bakıda daha bir məşhur plastik cərrahdan şikayət var - FOTO
20, noy, 2024
21:35
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
20, noy, 2024
21:03
QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20, noy, 2024
20:49
Parlamentin əməkdaşına yeni vəzifə VERİLDİ
20, noy, 2024
15:32
Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
20, noy, 2024
15:04
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
20, noy, 2024
14:57
MN-də vəzifə alan 37 yaşlı general bu məşhurun oğlu imiş
20, noy, 2024
14:52
Büdcənin neft-qaz gəlirləri 750 milyon manat azalacaq - Nazir səbəbini açıqladı
20, noy, 2024
14:48
Sən Allah, gedin ayıbınıza kor olun...
20, noy, 2024
13:08
Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edib
20, noy, 2024
13:05