Elnur Rzayev Xaçmazın icra başçısı postuna heç də özünün fitri idarəçilik istedadı, rəhbər şəxs qabiliyyətinə görə təyin olunmayıb. Bunu geridə qalan zaman təsdiqləyir. Xaçmazın keçmiş başçısı Şəmsəddin Xanbabayev kimi idarə edən Elnur Rzayev gənc məmur etimadını doğrulda bilmədi. Əslində o, bura qədərki iş yerlərində də fəal, bacarıqlı kadr olmayıb.
Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, Gəncədə ASAN Xidmətin direktoru, sonra icra başçısı Niyazi Bayramovun müavini olan Rzayev hər iki vəzifədə fərqlənə bilməyib. Gəncədə başçı müavini işləyərkən isə qeyri-rəsmi “qara kassa” rolunu oynayıb. Onun Gəncədən Xaçmaza təyinatı isə bir qədər gözlənilməz oldu. Çünki bir rayonu idarə edəcək potensiala malik deyildi. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, Xaçmazın rəhbəri kimi onun görüşləri öncədən təlimatlandırılmış şəxslərlə təşkil olunur. Odur ki, rayonda problemlər xirtdəyə qədər, həllini gözləyən məsələlər çox, amma Rzayev əlini ağdan qaraya vurmur. Bütün bu detallar onun vəzifədən gedişini sürətləndirə bilər.
Məlumata görə, seçkidən sonra prezident idarəetmədə mühüm kadr dəyişiklikləri həyata keçirəcək. Bu sırada yerli icra hakimiyyəti rəhbərləri də yer alacaq və Elnur Rzayev də gənc icra başçısı olmasına baxmayaraq, yola salınacaqlar siyahısındadır. Xaçmazdan gələn xəbərlərə görə, Rzayev məhz başçı kimi prezidentin tapşırıqlarını yerinə yetirə bilməyib, əhali ilə işləməyib. Bu da Xaçmazda böyük narazı ordusu, şikayətçilər batalyonu yaradıb. Onu da bildirək ki, icra başçısı 450 min manata “Range Rover” maşını almaqla bir müddət əvvəl gündəmə gəlmişdi. Mətbuatda həmin maşın haqda bildirilmişdi ki, Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib. Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ali Məhkəmənin sədri İnam Kərimovun qohumudur. İnam Kərimov ASAN Xidmət rəhbəri olanda, onu da Gəncə üzrə mərkəzə direktor təyin etmişdi. Elnur Rzayev həm də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşıdır. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əlavə edək ki, Rzayev gündəmə həm də şəhidlərə hörmətsizlik etməkdə ittiham olunmaqla gəlmişdi. Ağ Partiya sədri Tural Abbaslı onu tənqid etmişdi: “Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid mərasimlərinə özü getmir, müavinini göndərir. Niyə?? Sənin Xaçmaz rayonunda nə dövlət əhəmiyyətli işin var ki, şəhid yasına getmirsən?!”
Aftv.az
Ona olan etimadı doğrultmadı...
Gündəm / Bölgə
14, fev, 2024
09:48
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30