Bakı Kitab Mərkəzində tanınmış rusiyalı sənətşünas, Rusiya Dövlət Tretyakov Qalereyasının keçmiş baş direktoru Zelfira Trequlova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Görüş çərçivəsində Zelfira Trequlovanın “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabının təqdimatı olub.
Tədbir başlamazdan əvvəl müəllif bu kitabın ərsəyə gəlməsində nədən ilham aldığından danışıb:
“Tretyakov Qalereyasında saxlanılan rus və sovet rəssamlarının əsərləri bu kitabın yazılmasına ilham verib. Əslində, qəribə də olsa, pandemiya və çox məşhur simalar - aktyor Konstantin Xabenski və müğənni Sergey Şnurovla birlikdə çəkdiyimiz iki filmin çəkilişi buna təkan oldu. Bu filmlərə Tretyakov Qalereyasının XX əsrin ən sevimli sənətkarları haqqında danışdığım “Arzamas” təhsil resursunda çox ciddi podkastlar silsiləsi əlavə edildi. Bu sənətkarlar arasında mənim üçün çox böyük əhəmiyyət kəsb edən dahi sənətkar Tahir Salahov var. Buna görə də kitab onun yaratdığı Qara Qarayevin portreti və digər görkəmli rəssam Erik Bulatovun əsəri haqqında hekayə ilə başa çatır”.
Z.Trequlovanın sözlərinə görə, o, dərin şəxsi baxışını bölüşmək istəyib. “Mən, əlbəttə ki, sənətşünas və peşəkaram. Lakin mən bunu ən geniş auditoriyaya, əlbəttə ki, çox düşündüyüm bəzi sadə, aydın və əsas, lakin əlçatan şeyləri çatdırmaq istəyirdim. Bu kitab, mənə elə gəlir ki, insanı böyük sənətlə dialoq qurmaqdan çəkinməməyə və bu barədə düşünməyə başlamaqdan qorxmamağa sövq etməlidir”, - deyə o fikrini yekunlaşdırıb.
Əməkdar incəsənət xadimi Emin Məmmədov tədbiri açaraq, bir çox layihənin təşkilatçısı olan sənətşünas Zelfira Trequlovanın fəaliyyəti haqqında danışıb:
“2015-ci ildə Zelfira xanım Venesiya Biennaledəki Azərbaycan Milli Pavilyonunda olub, burada Heydər Əliyev Fondu, Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyinin kolleksiyasından 1960-1980-ci illərin rəssamlarının əsərləri təqdim edilib. Həmin an sərgimizi görən Zelfira xanım bildirib: “Mən bu sərgini Tretyakov Qalereyasında keçirməliyəm”. 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi “Abşeronun bürcü” adlı sərginin qalereyada açılışı olub. Bu sərgidən sonra “Abşeronun bürcü” Sankt-Peterburqda nümayiş olunub”.
Sonra söz kitabın müəllifi Zelfira Trequlovaya verilib. O, Rusiyadan kənarda ilk dəfə kitabının təqdimatının məhz Azərbaycanda, sevdiyi və məmnuniyyətlə gəldiyi Bakıda keçirilməsindən şad və xoşbəxt olduğunu xüsusi vurğulayıb. “Bu gün də istisna deyil. Bizi burada gözəl hava qarşılayıb. Moskva şaxtalarından sonra bu, taleyin hədiyyəsi idi. Sahil boyunca gəzinti, canlı və işıqlı şəhər, sadəcə, heyrətamizdir”, - deyə sənətşünas təəssüratlarını bölüşüb.
O, Leyla Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Daha sonra Zelfira Trequlova gecənin qonaqlarına “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabının yaradılması ideyasından danışıb.
Tədbirin sonunda kitabın müəllifi görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabında XIX və XX əsr Rusiya rəssamları İlya Repin, Mixail Vrubel, Kazimir Maleviç və başqalarının məşhur rəsmləri təsvir olunub. Müəllif dünya sənət tarixində hansı rəsmlərin ona nə üçün ən əhəmiyyətli göründüyü barədə bəhs edir.


Aftv.az
Bakı Kitab Mərkəzində məşhur rusiyalı sənətşünas Zelfira Trequlova ilə görüş keçirilib - FOTO
Gündəm / Siyasət
13, fev, 2024
10:21
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30