BAKUNEWS.AZ xəbər verir ki, oxucumuz sosial platformada İlhamə Abdullayevanın barəsində qeyd ediləən yazıya Qazi Vidadi Rzayenin həyat yoldaşı yazır. Həmin yazını Sizlərə olduğu kimi təqdim edirik:Oxucumuz: "Salam. Tərəfdarları İlhamə Abdullayevanın ədalətli olduğunu və düzgün işlədiyini yazırlar?! Elə isə mən məgər “xalq düşməni idim”?! Bəs mənim şikayətimə nə üçün ədalətli yanaşmadı? Haqlı mən olduğum halda 29 nömrəli tam orta məktəbin sabiq direktoru haqsız olan tərəf Vəfa Məmmədovaya tərəfkeşlik etdi, mənim ilə ikinci qəbulda tamamilə ədalətsiz davrandı…
27 Yanvar 2023-cü ildə cənab nazirin sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirakım üçün qeydiyyatdan keçmişdim və təstiqlənmə cavabı almışdım. Bir vətəndaş kimi sivil qaydada qəbulda iştirakıma rəğmən İlhamə Abdullayeva nın fəaliyətindən şikayətçi olduğum üçün müdirin “sadiq tərəftarları” mənim nazir ilə görüşümə açıq aşkar maneə oldular. Və görüşün baş tutmamasına nail oldular qeyd edim ki, qəbulda görüş şəhid və qazi ailələtinə öncəlik verildiyi halda mənim görüşümə maneə oldular. Qeyd etməliyem ki, mən qazi kapitam Vidadi Rzayevin həyat yoldaşıyam. Yoldaşımın ordumuz və dövlətimizə qürur verici xidmətləri olmuşdur. Yoldaşımın həmin məkanda mənim görüşümün baş tutmasına israr etməsinə rəğmən “Onlar” bizə hörmətsizlik etməkdə “cəsarət” tapdılar. Sual yaranır:
BU ƏDALƏT İDİ?!
MƏGƏR BU ƏDALƏTDİR?!
İlhamə Abdullayevanın bacısı Ceyhunə Abdullayevanın adı Xırdalan şəhər 5 nömrəli məktəbdə labarant vəzifəsi daşıdığı halda, İ.Abdullayevanın gözəllik salonunu idarə edir. Məgər bu ciddi bir korrupsiya faktı deyil? Görəsən bu kimi “ölü canlar” daha neçə neçə məktəbdə var?!… Halbuki, bu kimi yerlər üçün haqqı və ehtiyyacı olan neçə neçə şəhid və qazi ailələrimiz, vətəndaşlarımız var.
MƏGƏR BU ƏDALƏTDİR?!…"
Aftv.az