Venesuela Argentina təyyarələrinin öz ərazisi üzərində uçuşunu qadağan edib

Dünya
12, mar, 2024 17:35

Venesuela hakimiyyəti Argentinada qeydiyyatdan keçmiş təyyarələrin öz ərazisi üzərindən uçuşunu qadağan edib.
Qərar Venesuelanın “Emtrasur” şirkətinə məxsus təyyarənin Buenos-Ayresdə müsadirə olunmasından sonra verilib.
Bundan əlavə, qadağa Argentinada qeydiyyatdan keçmiş şəxsi təyyarələrə də təsir edib.
Nəşrin məlumatına görə, Argentina Xarici İşlər Nazirliyi Venesuela tərəfinə iki nota göndərib, həmçinin bir neçə həftə əvvəl Venesuelanın Buenos-Ayresdəki səfiri Stella Luqo Argentina XİN-ə çağırıb.
Mənbə: Clarin
Aftv.az

Son xəbərlər