“Əl-Qaidə”nin Yəməndəki rəhbəri ölüb

Dünya
11, mar, 2024 18:06

“Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki lideri Xalid Batrəfi ölüb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə ABŞ-nin kəşfiyyat və təhlükəsizlik sahəsində fəaliyyət göstərən “SİTE” qrupu xəbər yayıb.
Bildirilib ki, terror qruplaşması bununla bağlı video paylaşıb. Kadrlarda onun cəsədinin “Əl-Qaidə”nin adı və emblemi olan bayraqla örtülmüş olduğu görünüb.
40-dan çox yaşı olan Xalid Batrəfinin ölüm vaxtı və səbəbi hələlik bəlli deyil.
Qeyd olunub ki, “Əl-Qaidə” özünün yeni rəhbəri kimi Səəd bin Atef əl-Əvləqini adlı şəxsi seçib.
Aftv.az

Son xəbərlər