İsrail ordusu Qəzza zolağında bir neçə terror birləşməsinin məhv edildiyini açıqlayıb

Dünya
10, fev, 2024 17:11

Son 24 saat ərzində İsrail hərbçiləri Qəzza zolağında döyüşlər zamanı bir neçə terror birləşməsini məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
“Əsgərlər Xan Yunis, həmçinin Qəzza zolağının şimal və mərkəzi hissələrində intensiv əməliyyatları davam etdirirlər”, - deyə məlumatda bildirilir.
“Xan Yunisdə İsrail ordusu terrorçuların hədəflərinə məqsədyönlü reydlər keçirib, 24 saat ərzində qoşunlar şəhərin qərb hissəsində bir neçə terrorçu birləşməni məhv edib”, - mətbuat xidməti qeyd edib.
Mənbə: TASS

Aftv.az

Son xəbərlər