Parisdə biabırçılıq: Olimpiya təhlükəsizlik planlarının yazıldığı cihazlar oğurlandı

Dünya
28, fev, 2024 15:14

Fransa paytaxtında biabırçı hadisə yaşanıb.
Paris meriyasının əməkdaşının yayda şəhərdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizlik planlarının olduğu notbuku oğurlanıb.
Məlumata görə, oğurluq hadisəsi barədə polisə şəhər meriyasının əməkdaşı, mühəndis məlumat verib. İşçi Parisdən Kreyə gedərkən qatarı dəyişəndə çantasının itdiyini görüb. Çantada kompüter və yaddaş kartları olub.
Hər üç cihazda təhlükəsizlik planları da daxil olmaqla “məxfi” qrifli məlumatlar olub.
Mənbə: RBC
Aftv.az

Son xəbərlər