Türkiyə XİN Azərbaycan xalqına başsağlığı verib

Dünya
26, fev, 2024 14:52

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Paylaşım qurumun “X” hesabında dərc edilib.
“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik.
O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib.
Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir.
Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”, - Türkiyə XİN-in məlumatında qeyd olunur.
Aftv.az

Son xəbərlər