Sumqayıtda 48 yaşlı kişi dərman qəbulundan sonra ölüb

Dünya
4, iyl, 2026 09:30

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.
Aftv.az Report-a istinadən xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.
Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Əhmədov Aslan Mustafa oğlu halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi yardımlara baxmayaraq, ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər