Qalibaf: Bu addım ABŞ-a qarşı təminatdır

Dünya
1, iyl, 2026 09:30

Uranın zənginləşdirilməsi İranın nüvə məsələsində "qırmızı xətti"dir.
Aftv.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf müsahibəsində deyib.
"Nüvə sahəsində, təbii ki, biz NPT-nin (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin) üzvləriyik və MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlıq edirik. Bu sahədəki qırmızı xəttimiz aydındır; zənginləşdirmə bizim hüququmuzdur", - o bildirib.
Qalibafın sözlərinə görə, İran NPT üzrə öhdəliklərə əməl edir:
"Lakin bu məsələ müzakirə mövzusu deyil. Bunlar bizim gücümüzün tərkib hissələri və Amerikaya qarşı sığortadır".

Son xəbərlər

Neftin qiymətində bahalaşma
30, iyn, 2026 10:00