Vensdən açıqlama: Hörmüzdə keçid pulsuz olacaq

Dünya
1, iyl, 2026 09:05

ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazından keçid üçün ödəniş alınmayacağına əminliyini bildirib.
Aftv.az xəbər verir ki, bu barədə o, jurnalist Maykl Noulza verdiyi müsahibəsində deyib.
"Hörmüz boğazının rüsumlardan azad olacağına tam əminəm", - deyə o qeyd edib.
Vensin sözlərinə görə, ABŞ-ın İran üzərində hələ də çoxlu təsir gücü var ki, İranla bağlı vəziyyətin Amerikanın məqsədlərinə uyğun şəkildə həll olunmasını təmin etsin.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00