“Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb”.
Aftv.az xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar “Milliyet” qəzetinə müsahibəsində bildirib.
O əmindir ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması dünya ali təhsilində mühüm mərhələlərdən biri olacaq: “Əgər təhsil müəssisəsinin fəaliyyəti yaxşı şəkildə təşkil olunar və düzgün idarə edilərsə, qısa müddətdə bir çox ölkədə ona bənzər universitetlərin yaradılması təəccüb doğurmaz”.
E.Özvar əlavə edib ki, bu istiqamətdə zəruri addımlar atılacaq: “Hər iki ölkə, həm də prezidentlərimiz bu məsələdə hər cür dəstəyi vermək əzmindədirlər”.
O, yeni yaradılan universitetin Türkiyə-Yaponiya, Türkiyə-Almaniya, Qalatasaray, Əhməd Yəsəvi və Manas universitetləri kimi oxşar beynəlxalq layihələrdən fərqli olduğunu xüsusi ilə vurğulayıb:
“Layihəyə maraq o qədər güclüdür ki, bura hansı universitetləri daxil edəcəyimizi seçməkdə çətinlik çəkəcəyik. Bu cür modelləri həmişə başqalarından görürük, təqlid edirdik, indi özümüzün belə modelləri mövcuddur. Anadolu liseyləri kimi bənzərsiz bir model yaratmışıq və onu sona qədər qorumalıyıq”.
Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb
Dünya
23, fev, 2024
13:08
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30