Fransa bu gün Ermənistana silah göndərəcək

Dünya
22, fev, 2024 18:14

Fransa fevralın 22-də Ermənistana müdafiə silahlarının bir hissəsini tədarük edəcək.
Aftv.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Le Figaro yayıb. Silah qrupuna gecəgörmə cihazları və GM200 radar stansiyalarının daxil olacağı bildirilir.
Tərəflərin 2023-cü ildə bu məsələ ilə bağlı razılığa gəldiyi qeyd olunub. 2024-cü ildə birgə hərbi təlimlərin də planlaşdırıldığıda açıqlanıb.
Bildirilib ki, RLS 250 km məsafədən düşmən təyyarələrini aşkar etməyə imkan verir.

Son xəbərlər