"Haber Global": "Yanan hotelin içində hələ də insanlar var" - VİDEOLAR

Dünya / Video
21, yan, 2025 14:07

Türkiyənin "Haber Global" televiziya kanalının jurnalisti bu gün güclü yanğının baş verdiyi Kartalkaya xizək kurortu mərkəzindən son məlumatları verib.
Aftv.az xəbər verir ki, jurnalist canlı bağlantı zamanı 10 nəfərin ölümü ilə nəticələnən yanğının hələ də davam etdiyini bildirib.
"Hazırda Fövqəladə Halların İdarə Olunması Agentliyinin onlarla texnikası, həmçinin təcili tibbi yardım xidmətinin maşınları hotelin ətrafını dövrəyə alıb. Yanğını nəzarət altına almaq mümkün olmayıb. Təəssüflər olsun ki, hələ də hotelin içində insanların olduğu, onlarla əlaqə yaratmağın mümkün olmadığı bildirilir", - deyə jurnalist qeyd edib.


Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30