Türkiyənin paytaxtı Ankaranın Sincan rayonunda "İsmailağa" təriqətinə məxsus "Suffe mədrəsəsi" adlı "Quran" kursu ilə bağlı qalmaqallı görüntülər ortaya çıxıb.
Bu barədə Aftv.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Dini təhsil alan 20 azyaşlı uşağın şiddətə məruz qaldıqları, təlimatçılar tərəfindən aylar ərzində dəfələrlə döyüldükləri və hadisənin yataqxana rəhbərliyi tərəfindən ört-basdır edildiyi məlum olub.
Kursda işləyən təlimatçının sinifdə uşaqları döydüyü görüntülər təhlükəsizlik kamerasına əks olunub.
Tələbələrdən biri olan 17 yaşlı gənc baş verənlər barədə danışıb.
"Səhər namazında otağımıza gəlib bizi döyərək oyandırırdı. Rəhbərliyə deyəndə "O sizin müəlliminizdir, belə şeylər ola bilər" cavabını alırdıq", - deyə o bildirib.
Tələbə, həmçinin bu məsələnin həll olunmadığını da qeyd edib.
Ailəsi də yataqxana rəhbərliyini dəstəklədiyi üçün 1 il ağır şəraitdə yataqxanada qalmaq məcburiyyətində olub. Gənc oraya gələn ianələrin də müəllimlər tərəfindən mənimsənildiyini nəzərə çatdırıb.
"Din üzərindən pul qazanırdılar", - deyə o əlavə edib.
Həftənin 3-4 günü yataqxanada qalan bütün uşaqların döyüldüyünü deyən gəncin sözlərinə görə, bir çox uşaqlar qorxduqları üçün hadisə barədə ailələrinə danışmayıblar.
2 il yataqxanada qalan 16 yaşlı gənc bildirib ki, heç bir səbəb olmadan da onlara qarşı zorakılıq göstərilib.
"Yeməkxanada yemək yediyimiz zaman gəlib - "Düzgün ye, şərəfsiz", - deyərək döyməyə başladı", - deyə müəllimin əməllərindən bəhs edib.
Gənc yataqxanada işgəncənin normal bir hal olduğunu da iddia edib.
"Bizimlə it kimi davranırdılar", - deyə o, yaşadığı şiddəti şərh edib.