Türkiyədə avtobus körpünün dirəyinə çırpıldı - ÖLƏNLƏR VAR

Dünya
9, avq, 2024 10:54

Türkiyənin Ankara şəhərində sərnişin avtobusu körpünün dirəyinə çırpılıb. Hadisə nəticəsində çox sayda ölən və yaralananlar var.
Aftv.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza 06:00 radələrində Ankaranın Polatlı rayonunda baş verib. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yuxulaması olduğu ehtimal edilir.
Bölgəyə çoxlu sayda yanğınsöndürmə, axtarış-xilasetmə və tibbi qruplar cəlb edilib.

Son xəbərlər